Gundelik.az Ölkə Azərbaycanda bu ASC VƏ MMC-lər bağlanır
Ölkə Xəbərlər

Azərbaycanda bu ASC VƏ MMC-lər bağlanır

“Gözəllik” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunur.

Gundelik.az xəbər verir ki, bu barədə ASC özü elan edib.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Mizəağa Əliyev küçəsi, ev 130 ünvanına bildirə bilərlər.

Sözügedən ASC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 28 906 manat olan şirkətin qanuni təmsilçisi Xudiyev Teymur Turab oğludur.

Eyni zamanda “Ci Ef Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də ləğv olunduğunu elan edib.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini 1022 Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 83, mənzil 1 ünvanına bildirə bilərlər.

Saözügedən MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Bəhman Rəhman oğludur.

Gundelik.az

Exit mobile version