İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda 9 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,7 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,8 % artıb.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin sentyabr ayında istehlak qiymətləri 2024-cü ilin sentyabr ayına nisbətən 5,7 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,9 %, qeyri-qida məhsulları üzrə 2,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,3 % artıb.

Gundelik.az