Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Azərbaycanda 17 illik ortaq şirkətin hüquqi şəxsinin səlahiyyətləri əlindən alındı
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

Azərbaycanda 17 illik ortaq şirkətin hüquqi şəxsinin səlahiyyətləri əlindən alındı

Amil Əliyev və Fikrət Şirinovun tam ortaqlı “Zaman” firmasının hüquqi şəxsinin hüquq və vəzifələr ləğv edilir.

Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Belə ki, aprelin 21-də şirkətin ümumi yığıncağı keçirilib. Yığıncaqda hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.

Bildirilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1096, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev.13A, m.13 ünvana bildirə bilərlər.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, sözügedən şirkət 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Əliyev Akif Famil oğludur.

Gundelik.az

Exit mobile version