“Planet plyus” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunur.
Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 2208 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 500 000 manat olan ASC-nin qanuni təmsilçisi Malıyev Rəmiş Təzəxan oğludur.
Gundelik.az

