İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

Azərbaycanda 1 milyon manatlıq şirkət ləğv edilir

“Saloglu Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunacaq.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, buna səbəb “Saloglu Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sözügedən MMC-yə qoşularaq ləğv olunduğunu elan etməsidir.

Qeyd edək ki, “Saloglu Kommersiya” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 891 010 manat olan MMC-nin qanuni təmsilçisi Fərəcov İlkin Azər oğludur.

“Saloglu Holding” MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 18 970 020 manat olan şirkətin qanuni təmsilçisi də Fərəcov İlkin Azər oğludur.

Gundelik.az