“Tetrada” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)adını və təşkilati-hüquqi formasını dəyişir.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Belə ki, MMC “Tetrapharm-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulduğunu və yenidən təşkil olunduğunu bildirib.
Qeyd edək ki, “Tetrada” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Səfərəli Həsənqulu oğludur.
Sözügedən şirkət əczaçılıq sektorunda fəaliyyət göstərir.
Gundelik.az

