Azərbaycan ötən il 25,1 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 8,8 milyard dollar təşkil edib.
Hesabat dövründə ölkədən ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% az, dəyəri isə 4,9% çoxdur.
Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,2% olub.

