Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan Polşa iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfədən çox artırıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan Polşa iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfədən çox artırıb

Azərbaycan 2025-ci ilin ilk rübündə Polşa iqtisadiyyatına 938 min ABŞ dolları sərmayə qoyub.

Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 520 min ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Polşaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,3% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.

Gundelik.az

Exit mobile version