Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Gundelik.az xəbər verir ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən “Azeri Light CIF” markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,98 ABŞ dolları və ya 4,1% azalaraq 68,93 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,59 dollar/barel, minimum isə 67,66 dollar/barel olub
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında “Azeri Light” markalı xam neftin orta qiyməti 67,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,16 ABŞ dolları və ya 4,5% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,17 dollar/barel, minimum isə 66,12 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,04 ABŞ dolları və ya 5,1% azalaraq 57,02 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,80 dollar/barel, minimum isə 55,70 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,81 dollar və ya 3,9% ucuzlaşaraq, 69,08 dollar/barelə bərabər olub. Ötən həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 70,84 dollar/barel, minimum isə 67,73 dollar/barel təşkil edib.
| Neftin növü / tarix | 04.08.2025 | 05.08.2025 | 06.08.2025 | 07.08.2025 | 08.08.2025 | Orta qiymət |
| Azeri LT CIF | $70,59 | $69,14 | $69,42 | $67,66 | $67,86 | $68,93 |
| Azeri Light FOB Ceyhan | $69,17 | $67,60 | $67,88 | $66,12 | $66,32 | $67,42 |
| Urals (EX NOVO) | $58,80 | $57,36 | $57,41 | $55,70 | $55,81 | $57,02 |
| Dated Brent | $70,84 | $69,48 | $69,48 | $67,73 | $67,86 | $69,08 |
Gundelik.az
