Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan neft qiymətləri ötən həftə necə dəyişib? – İCMAL
İqtisadiyyat Xəbərlər

Azərbaycan neft qiymətləri ötən həftə necə dəyişib? – İCMAL

Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.

Gundelik.az xəbər verir ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən “Azeri Light CIF” markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,98 ABŞ dolları və ya 4,1% azalaraq 68,93 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 70,59 dollar/barel, minimum isə 67,66 dollar/barel olub

Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında “Azeri Light” markalı xam neftin orta qiyməti 67,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,16 ABŞ dolları və ya 4,5% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,17 dollar/barel, minimum isə 66,12 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,04 ABŞ dolları və ya 5,1% azalaraq 57,02 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,80 dollar/barel, minimum isə 55,70 dollar/barel olub.

Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,81 dollar və ya 3,9% ucuzlaşaraq, 69,08 dollar/barelə bərabər olub. Ötən həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 70,84 dollar/barel, minimum isə 67,73 dollar/barel təşkil edib.

Neftin növü / tarix 04.08.2025 05.08.2025 06.08.2025 07.08.2025 08.08.2025 Orta qiymət
Azeri LT CIF $70,59 $69,14 $69,42 $67,66 $67,86 $68,93
Azeri Light FOB Ceyhan $69,17 $67,60 $67,88 $66,12 $66,32 $67,42
Urals (EX NOVO) $58,80 $57,36 $57,41 $55,70 $55,81 $57,02
Dated Brent $70,84 $69,48 $69,48 $67,73 $67,86 $69,08

Gundelik.az

Exit mobile version