Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
Gundelik.az xəbər verir ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən “Azeri Light CIF” markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,97 ABŞ dolları və ya 2,8% artaraq 71,91 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 73,64 dollar/barel, minimum isə 70,33 dollar/barel olub.
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında “Azeri Light” markalı xam neftin orta qiyməti 70,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,93 ABŞ dolları və ya 2,8% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,32 dollar/barel, minimum isə 69,07 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,59 ABŞ dolları və ya 4,5% artaraq 60,06 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 61,79 dollar/barel, minimum isə 58,45 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,09 dollar və ya 1,5% bahalaşaraq, 71,89 dollar/barelə bərabər olub. Ötən həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 73,56 dollar/barel, minimum isə 70,31 dollar/barel təşkil edib.
| Neftin növü / tarix | 28.07.2025 | 29.07.2025 | 30.07.2025 | 31.07.2025 | 1.08.2025 | Orta qiymət |
| Azeri LT CIF | $70,33 | $71,51 | $73,64 | $72,70 | $71,37 | $71,91 |
| Azeri Light FOB Ceyhan | $69,07 | $70,25 | $72,32 | $71,30 | $69,95 | $70,58 |
| Urals (EX NOVO) | $58,45 | $59,69 | $61,79 | $60,85 | $59,52 | $60,06 |
| Dated Brent | $70,31 | $71,48 | $73,56 | $72,70 | $71,39 | $71,89 |
Gundelik.az


