Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15 milyard 907 milyon 114 min manat təşkil edib.
Gundelik.az xəbər verir ki, bunun 13 milyard 939 milyon 464 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.
Hesabat dövründə regionlar arasında bankda əmanəti olanlar siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 599 milyon 293 min manat pulu var.
Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 264 milyon 715 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanların isə 162 milyon 478 min manat əmanəti var.//Valyuta.az
Digər regionlar üzrə göstəricini təqdim edirik:
