Gundelik.az Dünya Pakistanda silahlı hücum nəticəsində 6 hərbçi ölüb
Dünya Xəbərlər

Pakistanda silahlı hücum nəticəsində 6 hərbçi ölüb

Pakistanın şimal-qərbində yerləşən blok posta silahlıların hücumu nəticəsində 6 hərbçi ölüb.

Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Kurram bölgəsində baş verib.

Digər təfərrüatlar açıqlanmayıb.

Exit mobile version