Nepal hakimiyyəti şimalda baş verən daşqınlarında zərər çəkən çoxsaylı xarici turist qrupu ilə əlaqə saxlaya bilmir.
Gundelik.az xəbər verir ki, bu barədə Turizm Şurası məlumat yayıb.
“İlkin siyahıya 291 xarici və 93 Nepal vətəndaşı daxildir, lakin onların yeri və təhlükəsizliyi ilə bağlı məlumatlar hazırda dəqiqləşdirilir.Onlardan ən azı 105-nin Hindistan vətəndaşı olduğu məlumdur”, – məlumatda deyilir.

