Aparıcı Avropa ölkələrinin liderləri bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Gundelik.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapkan bildirib.
Qeyd edilib ki, iclasda Almaniya kansleri, Danimarka baş naziri, Finlandiya prezidenti, Fransa prezidenti, İtaliya baş naziri, Niderland baş naziri, Norveç baş naziri, İsveç baş naziri və Böyük Britaniyanın baş naziri, eləcə də Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri iştirak edəcəklər.

