Gundelik.az Hadisə ASCO-dan Azərbaycan və Türkiyə gəmilərinin toqquşması ilə bağlı AÇIQLAMA
Hadisə Xəbərlər

ASCO-dan Azərbaycan və Türkiyə gəmilərinin toqquşması ilə bağlı AÇIQLAMA

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

Gundelik.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətindən (ASCO) məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumatlandırılıb. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub:

“Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək”, – QSC-nin məlumatında qeyd olunub.

Exit mobile version