Avropa Komissiyası yaxın gələcəkdə dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro köçürəcək.
Gundelik.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.
“Dünən Aİ dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya qoyuluşundan 1,4 milyard avro gəlir əldə edib. Bu pul əsas xərcləri ödəmək və Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün Ukraynaya köçürüləcək”, – bəyanatda deyilir.
