Avropa Komissiyası (AK) Ukraynaya Qərbdə saxlanılan Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirilməsi üçün 140 milyard avro məbləğində “təzminat krediti” verilməsini təklif edib.
Bu barədə Gundelik.az “Politico”ya istinadən xəbər verir.
Məlumata görə, Komissiya təklifini Aİ-yə üzv dövlətlərə təqdim edib. Təşəbbüs ilk olaraq cümə günü Aİ səfirləri tərəfindən müzakirə olunacaq, daha sonra isə gələn həftə Kopenhagendə keçiriləcək görüşdə Avropa liderləri arasında müzakirələr aparılacaq.
Politico həmçinin yazır ki, Komissiya Macarıstanın anti-Rusiya tədbirlərinin uzadılmasına veto qoymasını əngəlləmək məqsədilə sanksiyalar rejiminin uzadılması mexanizminində dəyişiklik etməyi təklif edib. Nəşrin məlumatına görə, AK sanksiyaların yekdil razılıq əsasında deyil, üzv dövlətlərin ixtisaslı səs çoxluğu ilə uzadılmasını irəli sürərək “Macarıstanın prosesi əngəlləməsi və aktivləri Rusiyaya qaytarması riskini azaltmaq” niyyətindədir.
Gundelik.az
