Gundelik.az Dünya Avropa İttifaqında pivə istehsalı artıb
Dünya Xəbərlər

Avropa İttifaqında pivə istehsalı artıb

2024-cü ildə Avropa İttifaqı (Aİ) ölkələri pivə istehsalını 0,6% artıraraq 32,7 milyard litr həcmə çatdırıb. Aİ-nin statistika idarəsinin məlumatına görə, alkoqolsuz pivənin (0,5%-dən az spirt tərkibli) istehsalı da 11,1% artaraq 2 milyard litr olub.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlunata görə, ən çox pivə istehsal edən ölkə Almaniya olub – 7,2 milyard litr (ümumi istehsalın 22,2%-i). Onu İspaniya (4 milyard litr), Polşa (3,4 milyard litr), Niderland (2,2 milyard litr) və Belçika (2,1 milyard litr) izləyib.

Niderland 1,5 milyard litr ixracla Aİ-nin ən böyük pivə ixracatçısı olaraq qalıb. Almaniya və Belçika (1,4 milyard litr), Çexiya (0,6 milyard litr) və İrlandiya (0,5 milyard litr) növbəti yerlərdə qərarlaşıb.

Fransa isə 0,8 milyard litr idxal edərək Aİ-də ən böyük pivə alıcısı olub. İtaliya, İspaniya, Almaniya və Hollandiya da ən çox idxal edən ölkələr sırasında yer alıb.

Gundelik.az 

Exit mobile version