Avropa İttifaqı (Aİ) vətəndaşlara böhran vəziyyətində ən azı 72 saat yetəcək qədər ərzaq və digər vacib ehtiyatlar toplamağı tövsiyə edib. Aİ Komissiyasının çərşənbə günü açıqladığı yeni tövsiyələr sənədində Avropanın “hazırlıqlılıq” və “dayanıqlılıq” mədəniyyətini gücləndirməli olduğu vurğulanır.18 səhifəlik hesabatda Avropanın artan təhlükələrlə üzləşdiyi bildirilir. Bu təhlükələr arasında:
- Rusiyanın Ukraynaya tammiqyaslı müharibəsi,
- Artan geosiyasi gərginliklər,
- Kritik infrastruktur obyektlərinə qarşı təxribatlar,
- Elektron müharibə riskləri yer alır.
Brüsselin bu təşəbbüsü Aİ üzv dövlətlərinə təhlükəsizlik vəziyyətinin ciddiliyini anlamaq üçün bir siqnal olaraq qiymətləndirilir.
Gundelik.az
