Gundelik.az Dünya Avropa idarəolunmaz qitəyə çevrilir – “Bloomberg”
Dünya Xəbərlər

Avropa idarəolunmaz qitəyə çevrilir – “Bloomberg”

Çoxsaylı daxili parçalanmalar və problemlər səbəbindən Avropa hazırda dərin böhranla üzləşib.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg”də məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Britaniyadan Polşaya qədər qitə sıx büdcələr, uzunmüddətli inzibati prosedurlar, parlamentlərdə parçalanma, siyasi ekstremistlərin sərt müxalifəti və tez-tez küçə etirazlarına çevrilən bölünmələrin “zərərli birləşməsindən” əziyyət çəkir.

Roma Universitetinin siyasi elmlər kafedrasının müdiri Luis Giovanni Orsina vəziyyəti şərh edərkən, Avropadakı siyasi böhranın yaxın zamanda həll olunacağına dair nikbin olmadığını bildirib. Onun sözlərinə görə, dünya dəyişsə də, Avropa liderlərinin apardığı siyasət artıq yeni reallıqlara uyğun gəlmir.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Avropa İttifaqının 19-cu anti-Rusiya sanksiyalar paketinə dair müzakirələri şərh edərkən, Aİ-nin zəif xarici siyasət nümayiş etdirdiyini qeyd etmişdi.

Gundelik.az 

Exit mobile version