Gundelik.az Tarixdə bu gün 1 Sentyabr – Yazıçı, tarixçi Mahmud İsmayılovun 105 illiyi, (1920-2002)
Tarixdə bu gün

1 Sentyabr – Yazıçı, tarixçi Mahmud İsmayılovun 105 illiyi, (1920-2002)

Mahmud İsmayılov 1920 – ci il sentyabrın 1- də Şəkidə anadan olmuşdur. Tarixi elmlər doktoru (1961), professor (1963), Azərbaycan EA müxbir üzvü (1983), əməkdar elm xadimi.

M.İsmayılov 1946 – cı ildən Azərbaycan EA Tarix İnstitutunda işləmişdir. İnstitutda əmək fəaliyyətinə o, laborantlıqdan başlamış, sonra aspirant, kiçik elmi işçi, baş elmi işçi olmuş, 1952 – ci ildə Azərbaycanın yeni tarixi şöbəsinin rəhbəri, 14 ilə yaxın (1954 – 1968) institut direktorunun müavini, 1968 – 1983 – cü

illərdə şöbə müdiri işləmişdir. 1983-cü ildən yenidən elmi hissə üzrə direktor müavini olmuşdur. M.İsmayılov XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan kəndinin məhsuldar qüvvələrinin tarixi problemlərini ümumiləşdirərək 1961-ci ildə müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etmişdir.  M.İsmayılov 200 ç.v. həcmində elmi işin, o cümlədən 150 monoqrafiyanın, 40 – dan artıq elmi – kütləvi məqalənin müəllifidir. Onun redaktəsi ilə 30- a yaxın kitab çapa hazırlanmışdır. O, bir sıra respublika, ümumittifaq və beynəlxalq elmi konfransların, simpoziumların və sessiyaların iştirakçısıdır. M.İsmayılov eyni zamanda yeddi tarixi romanın: “Ağ yapıncı”, “Xaqani”, “El üçün yan”, “İki od arasında”, “Sənin ulu baban”, “Qara Yusif”, “Uzun Həsən”- in müəllifidir.  Bütün deyilənlər bir daha sübut edir ki, onun elmi və bədii yaradıcılığında yalnız bir məqsəd var: Vətəninə, xalqına, millətinə, dilinə, mədəniyyətinə, tarixinə tükənməz övlad məhəbbəti. Mahmud İsmayılov 2001- ci ildə dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Əsərləri: “Ağ yapıncı”(tarixi roman)” (1980), “Şəki” (1981), “Xaqani (tarixi roman)” (1982), “El üçün yan”(tarixi roman) (1986), “İki od arasında (tarixi roman” (1987),

“Sənin ulu baban”(1989), “Qara Yusif” (1991), “Azərbaycan tarixi” (1992), “El atası” (1994) və s.

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S 522.

 

Gundelik.az

 

 

Exit mobile version