Gundelik.az Elm və təhsil Ədəbiyyat 15 Avqust Yazıçı, publisist Canalı Mirzəliyevin 85 illiyi, (1940-2009)
Ədəbiyyat Tarixdə bu gün

15 Avqust Yazıçı, publisist Canalı Mirzəliyevin 85 illiyi, (1940-2009)

Mirzəliyev Canalı Xanalı oğlu – nasir, publisist, 1998- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974)

  Mirzəliyev Canalı Xanalı oğlu 1940-cı il avqustun 15-də Azərbaycanda Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində qiyabi təhsil almışdır (1960-1966). “Yer” və “Dialoq” qəzetlərinin baş redaktoru (1996-1999), “Azərtayms” qəzetinin baş redaktoru (1999-2003), “Yaddaş” qəzetinin baş redaktoru, redaktor müavini (2003-2008) işləmişdir. “Mədəniyyət” qəzeti redaksiyasında şöbə müdiri işləmişdir. (2008) – ci ildən). 60-cı illərdən ədəbi fəaliyyətə başlamışdır. Dövri mətbuatda hekayə və publisistik məqalələri dərc olunmuşdur. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və “Humay” mükafatlarının laureatıdır.  2009 – cu il iyun ayının 5-də Bakıda dünyasını dəyişmişdir.

Əsərləri: “Qara qızıl ağ səadət rəngində” 2000, “Məşhur neftçi Bəhmən Hacıyev” (2002),Xəzər neftinin polad dirəkləri”  (2003),Qızıl söz, dərin hikmət”  (2003), “İçərişəhər”  (2005),

“Neft haqqında nə bilirsiniz?”,Mirqasım ağa haqq yolunun yolçusu olub” (2007), “Jurnalistikaya giriş” (2009),Azərbaycanı dünyaya tanıdanlar”  (2009) və s.

Gundelik.az

Exit mobile version