Gundelik.az Dünya ABŞ silah satışında yeni mexanizm tətbiq edir: Avropa ödəyəcək, Ukrayna alacaq
Dünya Xəbərlər

ABŞ silah satışında yeni mexanizm tətbiq edir: Avropa ödəyəcək, Ukrayna alacaq

Vaşinqton silahları əvvəlcə Avropa ölkələrinə satır, daha sonra isə həmin silahlar 10 faiz bahalaşma ilə Ukraynaya ötürülür.

Gundelik.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) maliyyə naziri Skott Bessent “Fox News” telekanalına açıqlamasında bildirib.

Jurnalistin ABŞ vergi ödəyicilərinin Ukraynadakı hərbi əməliyyatlara, xüsusilə hava örtüyünə pul ödəyib-ödəməyəcəyi ilə bağlı sualını cavablandıran Bessent qeyd edib ki, Prezident Donald Tramp “indi daha ayıq-sayıqdır”. Onun sözlərinə görə, silah satışına əlavə edilən 10 faizlik qiymət artımı məhz hava müdafiəsi xərclərini qarşılamağa hesablanıb.

Avqustun 19-da ABŞ dövlət katibi Marko Rubio Ukraynaya pulsuz silah tədarükünün dayandırıldığını açıqlayıb. Elə həmin gün NATO-nun baş katibi Mark Rutte isə bəyan edib ki, ABŞ silah göndərişlərini davam etdirəcək, lakin bu dəfə təchizatların maliyyələşdirilməsini Avropa ölkələri üzərinə götürəcək.

Rutte bildirib ki, yeni sxem Tramp administrasiyası ilə razılaşdırılıb: “Bu həm Amerikanın orta sinfi üçün faydalı olacaq, həm də Ukraynaya silah axınının davamlılığını təmin edəcək”.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlara görə, Ukrayna 2026-cı ildə dövlət büdcəsinin yarısını silahlanmaya yönəldəcək.

Gundelik.az 

Exit mobile version