“Yaşıl Kart” sistemi çərçivəsində sığorta xidməti göstərən Azərbaycan şirkətlərinin sayı açıqlanıb.
Bu barədə Gundelik.az İcbari Sığorta Bürosundan (İSB) məlumat əldə edib.
Belə ki, “AtaSığorta” ASC “Yaşıl Kart” sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri siyahısından çıxarılıb. Bununla da həmin sığorta şirkətlərinin sayı 6-ya düşüb.
Bu növ üzrə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (Büro) iştirakçısı olan sığorta şirkətləri bunlardır:
“Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
Xatırladaq ki, İcbari Sığorta Bürosu 2016-cı ildən Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Sistem 43 “Yaşıl kart” bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir. Büro “Yaşıl kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
