Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan ASELSAN xarici müştəriləri üçün 114,7 milyon ABŞ dolları dəyərində yeni ixrac müqaviləsi imzalayıb.
Şirkətin yaydığı məlumata görə, müqavilə çərçivəsində xarici son istifadəçilərin ehtiyaclarını qarşılamaq məqsədilə aşağıdakı məhsul və sistemlərin tədarükü nəzərdə tutulur:
Radar sistemləri
Hava hücumundan müdafiə həlləri
Elektro-optik sistemlər
Rabitə və kommunikasiya avadanlıqları
PUA və pilotsuz dəniz vasitələri üçün texnologiyalar
Müqaviləyə həmçinin pilotsuz uçuş aparatları (PUA) və pilotsuz dəniz aparatları (PDA) üçün hazırlanmış mühüm faydalı yüklərin (missiya avadanlıqlarının) ixracı da daxildir.
Mütəxəssislərin fikrincə, bu addım Türkiyənin pilotsuz platformalar sahəsində beynəlxalq bazardakı mövqeyinin güclənməsinə və yüksək texnologiyalı müdafiə məhsullarının ixracının artmasına töhfə verə bilər.
İmzalanmış satış müqavilələrinin ümumi dəyəri 114,7 milyon ABŞ dolları təşkil edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
