İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Aqroservis” Rusiya şirkətindən 2,1 milyonluq gübrə alır

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqroservis” ASC Rusiya şirkəti ilə iri həcmli müqavilələr bağlayıb.

Gundelik.az xəbər verir ki, müqavilələrdə “Nitroammofoska” və “Ammofos 12:52” gübrəsinin satın alınması nəzərdə tutulur.

“Aqroservis”lə Rusiyanın “Avroxim” Mineral-Kimya şirkəti (АО “Минерально-Химическая Компания “ЕвроХим”) şirkəti arasında bağlanılmış bu müqavilələrin maliyyə dəyəri 2 milyon 170 min manatdan çoxdur.

Qeyd edək ki, “Avroxim” Mineral-Kimya şirkəti 11 sentyabr 2025-ci ildə Moskvada qeydiyyata alınıb. Şirkət gübrə istehsalı ilə məşğuldur.