Aprel zəfərindən 9 il ötür.
2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başldılar.Həmin ayın 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə tutuldu. Nəticədə erməni qoşunları təmas xəttində silahlı təxribatlar törətdilər.Hətta dinc əhaliyə müxtəlif istiqamətlərdən hücumlar olub. Həmin hadisələr nəticəsində xalqımız qəhrəman oğlanlarımızı şəhid verdi və mülki əhali arasında da ölən və yaralananlar oldu.
Ordumuz məcbur olub ermənilərin mövqelərinə cavab zərbələri endirdi, düşməni susdurmağa çalışdı.Lakin çıxış yolunun bu olmadığını və Zəfər hücumu nun zamanını səbirlə gözləyən Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev sürətli əks-həmlə əmrini verdi.
Hücum zamanı 2 000 hektardan artıq ərazi işğaldan azad oldu, daha çox ərazi əməliyyat baxımından nəzarət altına alındı.Bu da Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yaradan Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizləndi.O cümlədən Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan Ordusunun nəzarətinə keçdi.Döyüşlər nəticəsind ə 300 -dən artıq erməni hərbçisi məhv edildi,500-dən artığı isə yaralandı.
Ərazi bütövlüyümüzün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və şücayətə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprel ayının 19-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görüldü, orden və medallarla təltif olundular.Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər oldu.Qeyd edim ki, Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi.Bununlada 2020-ci ilin sentyabr ayının 27-də Qətiyyətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başladı.Qürur hissi ilə qeyd edim ki, ümummilli Zəfərimizlə nəticələnən 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Beləliklə aprel döyüşləri böyük Zəfərimizə doğru ilk addım oldu.
Vüqar Məmmədov YAP Saatlı 15 saylı ƏPT-nin sədri
Gundelik.az

