“Apple” şirkətinin baş direktoru Tim Kuk ABŞ-də “iPhone” istehsalına başlamaq üçün şərtləri açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə o, CNBC telekanalına ABŞ-nin ticarət naziri Hovard Lutnikdən sitat gətirib.
Tim Kuk bildirib ki, Lutnikin sözlərinə görə, “Apple” öz ölkəsində smartfon istehsalına başlamağa icazə verir, lakin korporasiyada kifayət qədər sənaye robotları olduqda bu baş tuta bilər: “Lutnik dedi ki, bunu miqyasda və o qədər dəqiqliklə etmək üçün mənim robot qollara ehtiyacım var ki, onları bura gətirə bilim. “Apple” xarici işçiləri ABŞ-yə gətirmək və onları burada işə götürmək istəmir. Əvəzində şirkət robotlarla işləyən və ixtisaslı amerikalı işçilər tərəfindən idarə olunan fabrikləri yerləşdirəcək”.
Lutnik vurğulayıb ki, “Apple” öz texnologiyasının ABŞ-də istehsalını təşkil etməkdə ciddidir. Ticarət naziri xatırladıb ki, fevralın sonunda İT nəhəngi ABŞ iqtisadiyyatına 500 milyard dollar həcmində irimiqyaslı investisiyalar yatırdığını elan edib.
Aprelin sonunda mənbələr “Financial Times”a bildiriblər ki, “Apple” iki il ərzində Amerika bazarı üçün “iPhone” istehsalını tamamiıə Çindən Hindistana köçürməyi planlaşdırır.
Qeyd olunub ki, bu prosesin sürətlənməsi Vaşinqton və Pekin arasında ticarət müharibəsinin nəticələrindən asılıdır.
Gundelik.az

