Alimlər Antarktida sahillərindəki Denman buzlaqı ərazisində yeni dəniz canlıları aşkar ediblər.
Gundelik.az xəbər verir ki, bu barədə “Live Science” xəbər verir.
Məlumata görə, araşdırmalar zamanı Qvineya donuzları, dəniz hörümçəkləri və dəniz kəpənəklərinə bənzər canlılar aşkarlanıb.
Tədqiqat Cənubi Okean üzərindən 60 günlük ekspedisiya çərçivəsində “RSV Nuyina” buzqıran gəmisinin göyərtəsində olan avstraliyalı alimlər tərəfindən aparılıb.
Missiyanın əsas məqsədi Şərqi Antarktidanın ən sürətli əriyən buzlaqlarından birinə dəniz istiləşməsinin təsirini öyrənməkdir.
Məlumata əsasən, səfər zamanı alimlər biomüxtəlifliyi öyrənmək üçün okeanın dibindən nümunələr götürüblər.
Kəşf edilən bəzi orqanizmləri alimlər elm üçün yenilik adlandırıblar.
Tədqiqatçıların fikinrincə, tapılan ən qeyri-adi nümunələrdən biri Qvineya donuzudur. Bu canlı yumşaq, şişkin bədəni və ayaqlara bənzəyən qısa əlavələri səbəbindən belə adlandırılıb. Bu canlılar 6 km-ə qədər dərinlikdə yaşayır və çökmüş üzvi maddələrlə qidalanırlar.
Tədqiqatçılar həmçinin ayaqlarının uzunluğu 50 sm-ə qədər olan nəhəng dəniz hörümçəklərini və boşqab boyda dəniz ulduzlarını tapıblar.
Gəmidəki xüsusi qurğu – dəniz suyu olan çən sayəsində alimlər ən həssas canlıları belə sağ saxlaya biliblər. Belə orqanizmlərdən biri də dəniz kəpənəyi, uçan canlıya bənzəyən dəniz mollyuskasıdır. Şəffaf məxluq yumurtalarını birbaşa akvariumun göyərtəsində qoyub ki, bu da onun yumurtalarının inkişafını ilk dəfə laboratoriya şəraitində müşahidə etməyə imkan verəcək.
Gundelik.az
