İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

“Amazon” bu ölkəyə 1,4 milyard avro sərmayə qoyacaq

“Amazon” üç il ərzində (2025-2027) Niderlanda 1,4 milyard avro sərmayə qoymağı planlaşdırır.

Gundelik.az-ın şirkətə istinadən məlumatına görə, investisiya həm “Amazon Web Services” (AWS) bulud biznesini, həm də ölkədəki pərakəndə əməliyyatlarını dəstəkləyəcək.

Xüsusilə, “Amazon” öz platformasında müştərilər və satıcılar üçün istifadəçi təcrübəsini yaxşılaşdırmaq, o cümlədən çatdırılma vaxtını azaltmaq və çatdırılmanı daha rahat etmək yolu ilə texnologiya və logistikaya sərmayə qoymağı planlaşdırır.

“Amazon” 2014-cü ildə Niderlandda elektron kitab satışı ilə fəaliyyətə başlayıb. 2020-ci ildə şirkət öz qapılarını yerli bizneslərin üzünə açdı və “Amazon” tərəfdaşları hazırda Amazon.nl-də satılan bütün məhsulların 60%-dən çoxunu təşkil edir. Şirkətdə ölkədə 1000-dən çox işçi çalışır.

Şirkət qeyd edib ki, Niderlandda investisiya planı 2020-ci ildən bəri ən böyük investisiya planıdır.

“Amazon” Avropadakı fəaliyyətini fəal şəkildə genişləndirir. Keçən il şirkət Almaniyadakı logistika şəbəkəsinə və bulud infrastrukturuna ümumilikdə 17,8 milyard avro, eləcə də İspaniyadakı bulud infrastrukturuna 15,7 milyard avro sərmayə qoymağı planlaşdırdığını açıqlamışdı.

Gundelik.az