“Amazon” şirkətinin baş direktoru Endi Cessi bildirib ki, şirkətin 14 min əməkdaşını ixtisar etmək qərarı maliyyə səbəbləri ilə deyil, “şirkət mədəniyyətini qorumaq” məqsədilə verilib.
Gundelik.az xəbər verir ki, cümə axşamı keçirilən qazanc iclasında analitikin sualını cavablandıran Cessi deyib: “Bu qərar maliyyə səbəblərinə görə verilməyib və hazırda süni intellektlə birbaşa bağlı deyil”. Onun sözlərinə görə, “Amazon”un rüblük satışları ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 180 milyard dollara çatıb.
Cessi qeyd edib ki, son illərdə artan işçi sayı, yeni vəzifələr və müxtəlif fəaliyyət sahələri şirkət daxilində iyerarxik təbəqələr yaradıb: “Fərqinə varmadan işi yerinə yetirən insanların sahiblik hissi zəifləyə bilər. Bu da rəhbərlik komandasını ləngidə bilər. Biz dünyanın ən böyük startapı kimi çevik qalmaq istəyirik və bu, bəzi təbəqələrin aradan qaldırılmasını tələb edir”.
“Amazon”da işçilərin sayı 2021-ci ildə 1,6 milyonu ötüb, ötən ilin sonunda isə təxminən 1,5 milyona enib.
Şirkət rəhbərliyi bildirir ki, son ixtisarların məqsədi “çevikliyi qorumaq” və süni intellektin gətirdiyi gələcək səmərəliliyə hazırlaşmaqdır. Lakin bu qərar texnologiyanın insan əməyini əvəz edəcəyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Amazon-un qazanc hesabatını açıqlamasından sonra şirkətin səhmləri iş saatları ərzində 13 faiz bahalaşıb.
Gundelik.az

