Almaniya hökumətinin 2026-cı il üçün borclanma hədəfi 512 milyard avrodur.
Gundelik.az xəbər verir ki, bu barədə borcları idarə edən Almaniya Maliyyə Agentliyi məlumat yayıb.
Almaniya hökumətinin gələn il infrastrukturu və silahlı qüvvələri modernləşdirmək üçün istiqrazlar satmaqla rekord həddə vəsait toplamağı planlaşdırdığı bildirilir.
Buna görə də hökumət gələn il investisiyaların maliyyələşdirilməsi üçün maliyyə bazarından rekord məbləğdə borc götürməyi planlaşdırır.
Bundan əlavə, federal hökumət 16 ilə 19 milyard avro arasında dəyərində yaşıl federal istiqrazlar buraxacaq. Almaniya gələn il ilk dəfə 20 illik istiqrazlar buraxmağa hazırlaşır və 181,5 milyard avro məbləğində yeni borc götürməyi planlaşdırır. Bu, ölkə tarixində ikinci ən yüksək rəqəm olacaq.
Qeyd edilib ki, hökumət 2023-cü ildə Covid-19 pandemiyasının və Rusiyanın Ukraynadakı müharibəsinin təsirləri ilə mübarizə aparmaq üçün 500 milyard avro borc götürüb. Bu məbləğ 2024-cü ildə 439 milyard avroya, bu il isə 425 milyard avroya düşüb.
