İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Almaniyada ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq

Bu gün Almaniyanın ən böyük şəhərlərində genişmiqyaslı tətillər keçiriləcək və bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Gundelik.az xəbər verir ki, bu barədə Almaniya həmkarlar ittifaqının açıqlamasında bildirilir.

Berlin, Hamburq və Bremendə ictimai nəqliyyat tamamilə dayandırılacaq. Aşağı Saksoniya isə tətillərdən təsirlənməyən yeganə bölgədir.

Həmkarlar ittifaqı, xüsusən də həftəlik ümumi iş saatlarının və növbə müddətlərinin azaldılmasını tələb etməklə, bütün 16 federal ştatda işəgötürənlərə təzyiq göstərməyə çalışır.

Tətildə 150 ​​nəqliyyat şirkətindən təxminən 100 min işçinin iştirak edəcəyi gözlənilir.