Almaniyanın Hürtgenvald şəhərində meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşdığı üçün təxminən 2000 nəfər təxliyə edilib.
Gundelik.az bu barədə dünya mediasına istinadən xəbər verir.
Bəyanatda sakinlərin təxliyəsinin başladığı bildirilib.
Bələdiyyənin sərhədləri daxilində təxminən 300 hektar meşə sahəsinin yanğından zərər çəkdiyi qeyd edilib. Bu ərazi təxminən 420 futbol meydançasına bərabərdir.
Almaniya ordusu yanğının söndürülməsinə kömək etmək üçün bölgəyə tanklar göndərib.
Almaniya-Belçika sərhədi yaxınlığında yerləşən Hürtgenvald şəhərinin əhalisi təxminən 9000 nəfərdir.
