Almaniya hakimiyyət orqanları əfqan miqrantların deportasiyasını sadələşdirmək üçün Talibanla razılığa gəlməlidir.
Gundelik.az “Financial Times”a istinadən xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt təklif edib.
“Mənim fikrim repatriasiyanı təmin etmək üçün Əfqanıstanla birbaşa müqavilələr bağlamaqdır ”, – deyə siyasətçi təklif edib.
Nəşr vurğulayır ki, daxili işlər nazirinin təklifi dərhal hakim koalisiyadakı tərəfdaşların qəzəbinə səbəb olub. Almaniya Sosial Demokrat Partiyasının (SPD) nümayəndələri qeyri-qanuni miqrantların çıxarılması üçün qapalı kanallardan istifadəyə icazə veriblər, lakin birbaşa danışıqların Taliban rejiminin legitimləşməsinə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər.
Bundan əvvəl Talibanın Qətərdəki səfiri Suhail Shaheen digər ölkələri Rusiyadan nümunə götürməyə və Əfqanıstan İslam Əmirliyini və onun hakimiyyətini tanımağa çağırıb.
Qeyd edək ki, Rusiya dünyada Talibanın Əfqanıstandakı hakimiyyətini rəsmən tanıyan ilk ölkə olub.
Gundelik.az

