Gundelik.az Xəbərlər İqtisadiyyat Almaniya iqtisadiyyatı kiçilib
Dünya İqtisadiyyat Xəbərlər

Almaniya iqtisadiyyatı kiçilib

Almaniya iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0,3% kiçilib.

Gundelik.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika Agentliyi (Destatis) məlumat yayıb.

Məlumata görə, daha əvvəl 0,1%-lik azalma açıqlanmışdı, lakin son hesabatda rəqəm aşağıya doğru yenidən nəzərdən keçirilib. Bu, 2024-cü ilin ikinci rübündən bəri Almaniya iqtisadiyyatında qeydə alınan ən güclü daralma olub.

Aprel-iyun aylarında ölkədə istehlak xərcləri 0,1%, dövlət xərcləri isə 0,8% artıb. Bununla yanaşı, biznes investisiyaları 1,4%, ixrac 0,1% azalıb, idxal isə 1,6% artıb.

İllik müqayisədə Almaniyanın ÜDM-i əvvəl açıqlanan 0,4% deyil, 0,2% artım göstərib. Birinci rübdə isə həm rüblük, həm də illik əsasda iqtisadi artım 0,3% təşkil etmişdi.

Gundelik.az 

Exit mobile version