Gundelik.az Dünya Almaniya Çindən Rusiyaya təsir göstərməyi xahiş edib
Dünya Siyasət Xəbərlər

Almaniya Çindən Rusiyaya təsir göstərməyi xahiş edib

Almaniyanın xarici işlər naziri Yohan Vadepoel bəyan edib ki, Berlin Ukrayna ətrafında sülhün təmin olunması istiqamətində Çinin daha fəal rol almasını alqışlayar.

Gundelik.az xəbər verir ki, bu barədə o, “Avropa Pravda”ya müsahibəsində deyib.

“Demək olar ki, heç bir ölkə, heç bir hökumət Rusiyaya Çin qədər güclü təsir gücünə malik deyil”, – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Çin mühüm siyasi nüfuza, böyük iqtisadi təsir imkanlarına malik olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müharibənin dayandırılması üçün həlledici addımlar ata bilər. Wadephul Pekinin bu imkanlardan istifadə etməməsinə təəssüfünü ifadə edib: “Amma hələ də gec deyil”.

O, daha əvvəl də Çinin “Rusiya hərbi maşını”na dəstəyini dünyanın ən ciddi problemlərindən biri adlandıraraq qeyd etmişdi ki, bu dəstək olmasaydı, Ukraynaya qarşı aqressiv müharibə mümkün olmazdı.

Xatırladaq ki, bundan öncə Çin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Rusiyaya yardımı dayandırmaq çağırışına cavab vermişdi.

Gundelik.az 

Exit mobile version