Almaniya Nazirlər Kabineti 16 yaşdan kiçik yeniyetmələrin spirtli içki qəbulunu qadağan edən qanun layihəsini təsdiqləyib.
Gundelik.az xəbər verir ki, bu barədə Der Spiegel jurnalı məlumat verib.
“14-15 yaşlı uşaqların valideynləri və ya qəyyumları ilə birlikdə spirtli içki qəbul etməsinə və ya almasına icazə verən Gənclərin Müdafiəsi Qanununda nəzərdə tutulan istisna ləğv edilir”, – məlumatda deyilir.
Hazırda Almaniyada qanuni içki içmək yaşı 16-dır. 14 və 15 yaşlı yeniyetmələr valideynləri və ya digər qəyyumlarının iştirakı ilə pivə, şərab və ya qarışıq içkilər içə bilərlər. Bu qanun ölkədə 1952-ci ildən qüvvədədir.
