Dəniz tulumlarında yüksək miqdarda olan plazmalogen adlı yağ molekulunun yaşlı siçanlar üzərində aparılan təcrübələrdə diqqətçəkən nəticələr verdiyi açıqlanıb.
Stanford Universitetinin də daxil olduğu beynəlxalq araşdırma qrupunun tədqiqatına görə, plazmalogen verilən yaşlı siçanların öyrənmə və yaddaş qabiliyyətləri yaxşılaşıb, beyindəki sinir əlaqələri güclənib və iltihab səviyyəsi azalıb. Siçanların yaddaş testlərindəki göstəriciləri gənc siçanların nəticələrinə yaxınlaşıb.
Araşdırmada daha bir maraqlı nəticə də müşahidə olunub. Plazmalogen verilən yaşlı siçanlarda daha qara, qalın və parlaq tüklərin yenidən çıxdığı bildirilib.
Plazmalogenlər insan orqanizmində, xüsusilə beyin, ürək və immun sistemi hüceyrələrində təbii şəkildə mövcuddur və onların səviyyəsi yaş artdıqca azalır. Alimlər bu molekulların sinir hüceyrələri arasındakı əlaqələrin qorunmasına kömək edə biləcəyini düşünürlər. Bağırsaq-beyin əlaqəsinin də bu prosesdə rol oynaya biləcəyi araşdırılır.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, tədqiqat hələ yalnız siçanlar üzərində aparılıb. Bu səbəbdən plazmalogen əlavələrinin və ya dəniz tulumu istehlakının insanlarda yaşlanmanı yavaşlatdığına dair hazırda elmi sübut yoxdur. Bunun müəyyənləşdirilməsi üçün klinik araşdırmalara ehtiyac var.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

