Gundelik.az Mədəniyyət və cəmiyyət Çox isti içkilər yemək borusu xərçəngi riskini artırır
Mədəniyyət və cəmiyyət Xəbərlər

Çox isti içkilər yemək borusu xərçəngi riskini artırır

Çox isti çay və qəhvə kimi içkilərin müntəzəm istehlakı yemək borusu xərçəngi riskini artırır. İngiltərədə təxminən 1 milyon insanın məlumatları əsasında aparılan geniş araşdırmada, içkilərini çox isti qəbul edənlərin ilıq içənlərlə müqayisədə bu xəstəliyə tutulma riskinin təxminən 3 dəfə yüksək olduğu müəyyən edilib.

65°C və daha yüksək temperatur risk yaradır

Oxford Universitetinin apardığı və International Journal of Cancer jurnalında dərc olunan araşdırmada 65°C və daha yüksək temperaturda olan içkilər “çox isti” hesab edilib. Gündə 6 və ya daha çox isti içki qəbul etməyin də risklə əlaqəli olduğu bildirilib.

Mütəxəssislərin fikrincə, çox isti mayelər yemək borusundan keçərkən onun hüceyrə qatını zədələyir. Buna görə çay və ya qəhvəni içməzdən əvvəl bir neçə dəqiqə gözləmək tövsiyə olunur.

Bununla belə, mütəxəssislər isti içkilərlə bağlı riskin ümumi xərçəng riskinə nisbətən daha aşağı olduğunu vurğulayırlar. Siqaret və alkoqol istifadəsi isə yemək borusu xərçəngi üçün daha ciddi risk faktorları olaraq qalır.

Xəstəliyin əlamətləri arasında udma zamanı və ya döş qəfəsində ağrı, həzmsizlik, mədə yanması və səbəbsiz çəki itkisi olur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version