Gundelik.az Dünya AK rəhbəri yeni Avropanın yaradılmasını elan etdi
Dünya Siyasət Xəbərlər

AK rəhbəri yeni Avropanın yaradılmasını elan etdi

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ-dəki vəziyyətlə bağlı illik müraciətində Yeni Avropanın yaradılmasını elan edib.

Gundelik.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fon der Leyen bildirib ki, Avropa hazırda qitənin bütövlüyü, azadlıq, müstəqillik və gələcəkdə öz müqəddəratını təyin etmək imkanları uğrunda mübarizə aparır. AK rəhbəri bu vəziyyəti “Avropanın gələcəyi uğrunda mübarizə” adlandırıb.

“Bu səbəbdən Yeni Avropa yaranmalıdır və bu, Avropanın müstəqillik anı olmalıdır”, – deyə fon der Leyen çıxışında vurğulayıb.

Sentyabrın 10-da Strasburqda Avropa Parlamentinə illik müraciəti ilə çıxış edən fon der Leyenin nitqi AP-nin sol fraksiyasının həmsədri Manon Obrin tərəfindən tənqid edilib. O, bu çıxışı Aİ-nin imicini yaxşılaşdırmaq cəhdi kimi qiymətləndirərək, “farsdan başqa bir şey olmayacaq” deyib.

Fon der Leyen həmçinin Aİ-ABŞ ticarət sövdələşmələrində rüsumların idarə olunması, Qəzza münaqişəsinə reaksiyanın yetərsizliyi və Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) ilə azad ticarət sazişinin təsdiqi kimi məsələlərdə tənqid olunacağı gözlənilir.

Qeyd edək ki, əvvəlcə Almaniyanın sabiq kansleri Merz Avropanın dünya səhnəsindəki hazırkı rolunun ona böyük məsuliyyət yüklədiyini bildirmişdi.

Gundelik.az 

Exit mobile version