İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Aİ və Hindistan azad ticarət razılaşmasına nail olublar

Avropa İttifaqı (Aİ) və Hindistan azad ticarət sazişi üzərində işi uğurla başa çatdırıblar.

Gundelik.az xəbər verir ki, bu barədə Avropa Komissiyası bildirib.

“Aİ və Hindistan bu gün tarixi, iddialı və kommersiya baxımından əhəmiyyətli azad ticarət sazişi üzrə danışıqları uğurla başa vurublar. Bu, indiyə qədər tərəflərdən hər hansı biri tərəfindən bağlanmış ən böyük belə sazişdir. Tərəflər dünyanın ən böyük iki demokratiyası arasında əməkdaşlığı gücləndirməklə tarix yazmağı bacarıblar”, – Aİ-nin mətbuat açıqlamasında deyilir.