İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Aİ İrana qarşı sanksiyaları bərpa etdi

Aİ İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların qismən bərpa olunduğunu elan edib.

Gundelik.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası bəyanat yayıb.

“Bu gün Aİ Şurası 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının qüvvəyə minməsindən sonra dayandırılmış İranın nüvə fəaliyyətləri ilə bağlı bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpasına razılıq verib”, – bəyanatda deyilir.

Bildirilir ki, tədbirlər, xüsusən, fiziki şəxslər üçün şəxsi məhdudiyyətlərə və ticarət, maliyyə və nəqliyyat sektorlarına qarşı sanksiyalara aiddir.

Gundelik.az