İyul 8, 2026
Baku
Ölkə

Aİ-də 8 ayda 72 iri sənaye müəssisəsi bağlanıb

Aİ-də 8 ayda 72 iri sənaye müəssisəsi bağlanıb

Avropa İttifaqında (Aİ) iri sənaye müəssisələrinin bağlanması kəskin artıb. Bu ilin yanvar-avqust ayları ərzində ümumilikdə 72 böyük fabrik fəaliyyətini dayandırıb. Bu, qlobal maliyyə böhranından (2009-cu il) bəri ən yüksək göstərici hesab olunur. Həmin dövrdə 81 müəssisə bağlanmışdı. Müqayisə üçün, COVID-19 pandemiyası zamanı bağlanmaların sayı cəmi 49 olmuşdu.

Bu il bağlanmalar daha bərabər şəkildə Aİ iqtisadiyyatına yayılıb. Ən çox müəssisə İspaniyada (17%) fəaliyyətini dayandırıb. Sonrakı yerlərdə Fransa (14%), Çexiya və Almaniya (hər biri 11%) qərarlaşıb. Ən az bağlanma Xorvatiya və Danimarkada qeydə alınıb – hər iki ölkədə yalnız bir şirkət fəaliyyətini dayandırıb.

Müəssisələrin bağlanması nəticəsində 18 minə yaxın işçi işsiz qalıb. Bu göstərici Aİ tarixində üçüncü ən yüksək səviyyədir. Daha çox ixtisar yalnız pandemiya dövründə (18,7 min) və 2009-cu ilin maliyyə böhranı zamanı (27,3 min) qeydə alınıb.

Ümumilikdə isə ilin ilk səkkiz ayında Aİ iqtisadiyyatının müxtəlif sahələrində bağlanan iri müəssisələrin sayı 99-a çatıb. Bunun nəticəsində 27,3 min nəfər işini itirib.

Gundelik.az