Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işlərinə başlanılır.
Gundelik.az xəbər verir ki, bununla bağlı Ağsu Rayon İcra Hakimiyyəti hazırlıq işlərini başa vurub.
Belə ki, qurum təmir işlərini “ATF” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 582 min 187 manat olaraq müəyyənləşib.

