Sentyabr 28, 2026
Baku
Hadisə Xəbərlər

Ağsuda dağlıq ərazidə yanğın – VİDEO

Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.

Gundelik.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.