Gundelik.az Ölkə Ağdamın yolları təmir olunacaq – 300 min manatlıq LAYİHƏ
Ölkə Xəbərlər

Ağdamın yolları təmir olunacaq – 300 min manatlıq LAYİHƏ

Ağdam rayonunun Quzanlı qəsəbəsində yolun əsaslı təmiri işləri aparılacaq.

Gundelik.az-ın məlumatına görə, artıq bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətində (RİH) müvafiq işlərə başlanılıb.

Belə ki, RİH hazırda yolda əsaslı təmir işlərini aparacaq şirkət axtarışındadır.

Həmçinin RİH sözügedən işlərin icrası müqabilində şirkətə 300 min manat vəsait ödəməyə də hazır olduğunu bildirir.

Gundelik.az

Exit mobile version