Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi işlərinə başlanılır.
Gundelik.az bu barədə Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Belə ki, qurum tikinti işlərini “Rabitəinşaat” ASC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 9 milyon 726 min 734 manat olaraq müəyyən olunub.
