İyul 17, 2026
Baku
İqtisadiyyat Xəbərlər

ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 905 min 992 ton qida məhsulları daşıyıb.

Bu barədə Gundelik.az-a səhmdar cəmiyyətindən bildirilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 236 min 396 ton və ya 35 % çoxdur. Bu ilin 6 ayında ADY 388 min 764 ton qida sənayesi məhsullarını tranzitlə daşıyıb. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 138 min 954 ton və ya 56 % çoxdur.

2026-cı ilin iyununda ADY 198 min ton qida sənayesi məhsulları daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54 min 726 ton və ya 38 % çoxdur. İyunda “Azərbaycan Dəmir Yolları” 87 min 261 ton məhsulun tranzitini həyata keçirib. Bu göstərici isə 2025-ci ilun iyununa nisbətən 43 min 528 ton və ya 2 dəfə çoxdur.